• C. Sen 12th, 2025

Çavuşoğlu Azərbaycan xalqını təbrik edib – FOTO

ByYenigun.news

İyn 15, 2022

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şuşa Bəyannaməsinin imzalanmasının bir illiyi ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Xarici siyasət qurumunun rəhbəri bununla bağlı “Twitter”də paylaşım edib.

“Can Azərbaycanla təbii müttəfiqliyimizi gücləndirən Şuşa Bəyannaməsinin ildönümü mübarək olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”,  – deyə nazir paylaşımında bildirib.

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi də öz rəsmi “Twitter” hesabında Qurtuluş Günü ilə bağlı paylaşım edib.