Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu qətiyyətlə pislədiyini və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb.
Türkiyəli nazir həyatını itirən səfirlik əməkdaşı ilə bağlı başsağlığı verib, yaralananlara şəfa diləyib.
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.
Mənbə: TRT Haber