“Xəzər dəhlizləri xüsusi önəm daşıyır. Nəqliyyat və logistika xətlərinin inkişafı bölgəyə mühüm töhfə verəcək”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqdə deyib.
“Eyni şəkildə energetika sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirik. Ermənistanla münasibətlərin normallaşması və Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik. Ümid edirəm ki, bu istiqamətdə işlərə türk dövlətləri də böyük töhfə verəcəklər”, – XİN başçısı qeyd edib.