Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 10-da Antalyada keçirilən görüşdən sonra fotosessiya zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla aralarında gərginlik yaşanması barədə iddialara münasibət bildirib.
Onun sözlərinə görə, iddialar həqiqəti əks etdirmir, həmkarlar sadəcə bir-birləri ilə zarafat ediblər. Belə ki, durduqları xəttin üstündə nöqtələr olub, onlar həmin nöqtələri bir-birlərinə göstəriblər. Çavuşoğlunun durduğu yerdə xəttin üstündə sarı işarə olub, Lavrov da bunun səbəbini soruşub. Bu səbəbdən də gülüblər.
“Zarafatlaşırdıq, problem yoxdur”, – deyə Çavuşoğlu bildirib.
Mənbə: HaberTürk