“Qarabağı, azad olunmuş əraziləri gəzərkən dağıdılmış tikililəri görmək dəhşətlidir. Bu səyahət mənə böyük təcrübələr qazandırdı. Dağıntıları kənara qoysaq, bu bölgənin möhtəşəm təbiəti və gözəl mənzərələri var”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan britaniyalı səyyah Ceni Bojak söyləyib.
Doğum gününü Azərbaycanda qeyd etməsinin onun üçün böyük sevinc olduğunu bildirən C.Bojak bildirib:
“Əminəm ki, bu ərazilər qışda olduğu kimi, yayda da gözəl olur. Laçında bərpa işlərinin aparıldığını görürük. İnanıram ki, gələcəkdə bura daha gözəl olacaq”.