• Ç. Noy 27th, 2024

Ceyhun Bayramov Əlcəzair, Venesuela, Mərakeş və İordaniyadan olan həmkarları ilə görüşdü

ByYenigun.news

Sen 23, 2022

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdə yaşayan milli icma naziri Ramtan Lamamra, Venesuelanın xalqın xarici gücü naziri Karloq Faria Tortosa, Mərakeş Krallığının xarici işlər, Afrika əməkdaşlığı, xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita, habelə İordaniya Haşimi Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Ayman Safadi ilə görüşlər keçirib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət və əməkdaşlıq, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov bu ölkələr tərəfindən beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını məlumatlandırıb. Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi niyyətində olduqlarını bildiriblər.

Nazir 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən görülən işlər, sülh prosesinin irəlilədilməsi üçün irəli sürdüyü təşəbbüslər və təkliflər barədə həmkarlarını məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı son təxribatlarının sülh gündəliyinə maneçilik törətmək və prosesləri ləngitmək məqsədi daşıdığı vurğulanıb.

Tərəflər ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin, xüsusilə də energetika, turizm, ticarət və s. istiqamətlərdə daha da dərinləşdirilməsi, siyasi məsləhətləşmələrin keçirilməsinin və parlamentlərarası təmasların artırılmasının vacib olduğunu qeyd ediblər.

Daha sonra, digər qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir