• Şb. Noy 23rd, 2024

Ceyhun Bayramov Aİ-ni Azərbaycan və Ermənistana beynəlxalq hüquqa uyğun yanaşmağa çağırdı – FOTO

ByYenigun.news

Mar 11, 2022

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb. 

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzünün nəticələri və azad edilmiş ərazilərdə infrastruktura dəymiş ziyan və dağıntıların miqyası, habelə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət barədə ətraflı məlumat verib. Bu xüsusda, Ceyhun Bayramov Avropa İttifaqı ölkələri tərəfindən beynəlxalq hüquqa uyğun yanaşmanın tətbiq edilməsinin vacib olduğunu vurğulayıb.

Ceyhun Bayramov Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələləri qeyd edib. Avropa İttifaqı ilə sazişin yekunlaşmasına verdiyimiz əhəmiyyət qeyd edilib.  

Artis Pabriks ölkəsinin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini və Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini bildirib. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu və bunun əlamətdar hadisə olduğunu vurğulayıb.

Görüşdə Ukraynada baş verən hadisələr və Azərbaycan tərəfindən Ukraynada böhranın aradan qaldırılması məqsədilə göstərilən humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir