BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibi Antonio Quterreşlə görüşəcək.
Bu barədə “Report”un ABŞ bürosuna BMT baş katibinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, sabah baş tutacaq görüşdə BMT və Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərin müzakirəsi nəzərdə tutulub.