• Ç. Noy 27th, 2024

Ceyhun Bayramov AŞ Nümayəndələr Komitəsinin qrup sədri ilə görüşüb

ByYenigun.news

İyn 17, 2022

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin rəhbərlik etdiyi GR-DEM üzvü olan bir qrup səfirlərdən ibarət olan nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata əsasən, görüş zamanı Azərbaycan ilə AŞ arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri, AŞ-nin ölkəmizə dair 2022-2025-ci illər üçün Fəaliyyət Planının icra mexanizmləri ətrafında müzakirələr aparılıb.

Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib.

Səfərlə bağlı xoş təəssuratları ilə bölüşən nümayəndə heyətinin üzvləri, keçirilən görüşlərin və aparılan müzakirələrin ölkə haqqında, xüsusilə də ölkənin inkişafı ilə bağlı yerindəcə tanış olmaq baxımından əhəmiyyətini vurğulayıblar.

Nazir, nümayəndə heyətinin suallarını cavablandırdı və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir