• Ca. Noy 28th, 2024

Ceyhun Bayramov Beynəlxalq Böhran Qrupunun prezidentinin suallarını cavablandırdı

ByYenigun.news

Sen 22, 2022

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Komfort Ero ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Ceyhun Bayramov görüş zamanı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində ölkəmizin həyata keçirdiyi tədbirlər, bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürülən təklif üzrə fikir mübadiləsi aparılıb. Ermənistanın son təxribatlarının əsas məqsədinin prosesləri ləngitmək məqsədi daşıdığı, buna baxmayaraq, prosesin irəlilədilməsi üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, müzakirələr çərçivəsində Beynəlxalq Böhran Qrupunun ölkəmiz ilə bağlı tərtib etdiyi hesabatlar üzrə məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb, Qrupun bir sıra məsələlər üzrə sualları cavablandırılıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir