• Şb. Noy 23rd, 2024

Ceyhun Bayramov Çin Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb – FOTO

ByYenigun.news

Mar 1, 2023

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfər edən Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında siyasi, ticari və iqtisadi, nəqliyyat əlaqələrinin yüksək inkişaf dinamikasını məmnunluqla qeyd edib, əməkdaşlığımızın qarşılıqlı maraq doğuran digər bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ölkələrimiz arasında son illərdə həyata keçirilmiş yüksək səviyyəli rəsmi səfərlərdən məmnunluq ifadə olunub.

Tərəflər iki ölkənin regionları və şəhərləri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının, inkişaf etdirilməsinin və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini qeyd ediblər.

Görüş zamanı Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında nəqliyyat, tranzit və logistika sahəsində geniş əməkdaşlıq imkanları olduğunu, habelə Ələt Azad İqtisadi Zonasının və bu istiqamətdə sərmayələrin əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tərəflər, ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlığın gələcək gündəliyini müzakirə edib, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarını Ermənistanın 30 il müddətində ərazilərimizin işğalının fəsadları, 2020-ci ildən sonra bölgədə mövcud olan postmünaqişə vəziyyəti, sülh quruculuğu istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə mövcud mina təhdidləri barədə məlumatlandırıb.

Görüş zamanı, digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir