• Be. Sen 15th, 2025

Ceyhun Bayramov Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib – FOTO

ByYenigun.news

Okt 31, 2023


Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə xarici siyasət qurumunun “X” hesabında məlumat verilib.

Bildirilir ki, nazir qonaqlar kitabına imza atıb.

Xatırladaq ki, C.Bayramov səfər çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb. Görüş zamanı Azərbaycan və BƏƏ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.