• C. Noy 29th, 2024

Ceyhun Bayramov: “Ermənistanın aqressiyası nəticəsində minlərlə azərbaycanlı hüquqlarından məhrum oldu”

ByYenigun.news

Sen 13, 2023


“Ermənistan 30 illik işğal dövründə müharibə cinayətləri törətdi, insan hüquqlarını pozaraq uşaqlar, yaşlılar və qadınları istisna etmədən etnik təmizləmə həyata keçirdi”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında deyib.

O, ermənilərin azərbaycanlılara qarşı aqressiyasının faciə ilə nəticələndiyini, minlərlə azərbaycanlının hüquqlarının əllərindən alındığını vurğulayıb.

“Ermənistanın aqressiyası faciə ilə nəticələndi. 100 minlərlə azərbaycanlı yaşamaq, təhsil almaq, sağlamlıq hüquqlarından məhrum oldu”, – nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir