“Son aylar ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, bu müddət ərzində liderlər səviyyəsində bir neçə dəfə görüş olub: “Eyni zamanda xarici işlər nazirləri səviyyəsində intensiv təmaslar olub”.
“Kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir”, – nazir vurğulayıb.