• Ç. Sen 24th, 2025

Ceyhun Bayramov gələn həftə Vaşinqtonda erməni həmkarı ilə görüşəcəyini təsdiqləyib

ByYenigun.news

İyn 23, 2023


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə ABŞ-nin paytaxtı Vaşinqtonda Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla görüşəcəyini təsdiqləyib.

Nazir bu barədə “Reuters”ə müsahibəsində danışıb.

C.Bayramov qeyd edib ki, rəsmi Bakı və İrəvan arasında sülh danışıqlarında müəyyən irəliləyiş var.

O bildirib ki, Azərbaycan Ermənistanla razılıq əldə olunmasında maraqlıdır.