• Be. Noy 25th, 2024

Ceyhun Bayramov İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına münasibət bildirdi

ByYenigun.news

Noy 5, 2022

“Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, qonşu ölkələrlə yaxşı münasibətlər olsun. Biz bu istiqamətdə ardıcıl addımlar atmışıq. İranla Azərbaycan arasında bir sıra layihələr həyata keçirilib”.

“Report”un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“İran mediasında Azərbaycana qarşı söylənilən fikirlər bizi narahat edir. İranlı həmkarım bu məsələlərə həssaslıqla yanaşır və münasibətlərimizdə xoşagəlməz halların aradan qaldırılması üçün addımlar atır. Bizim onlarla birbaşa əlaqələrimiz var”, – nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir