Xarici işlər naziri Ceyhun Bayramov İranda səfirliyimizdə baş verən hadisədə şəhid olan zabitimizin ailəsinə başsağlığı verib.
O, bu barədə “Twitter” hesabında paylaşım edib.
Bildirilib ki, terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdırlar.
Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik. Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk.
Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) January 27, 2023