Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Ceyhun Bayramov özünün “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, İranın XİN başçısı ilə ikitərəfli əlaqələrdə və regionda son vəziyyəti müzakirə edib.
“Mən həmkarıma Ermənistanın son təxribatları barədə məlumat verdim”, – deyə o əlavə edib.
Met with #Iranian Foreign Minister @Amirabdolahian. We discussed the latest developments in bilateral ties and regional situation. I informed my colleague about the recent provocations by #Armenia. pic.twitter.com/1bxAwfLuTW
— Jeyhun Bayramov (@bayramov_jeyhun) September 23, 2022