• Ç. Noy 27th, 2024

Ceyhun Bayramov İsveçin XİN başçısı ilə Ermənistanın sərhəddə son təxribatlarını müzakirə edib – FOTO

ByYenigun.news

Sen 24, 2022

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb.

Bu barədə Azərbaycanın XİN başçısı öz “Twitter” hesabında yazıb.

“İsveçin xarici işlər naziri Ann Linde ilə görüşməkdən məmnunam. Ermənistan tərəfindən alovlandırılan eskalasiya barədə məlumat verdim və Azərbaycanın sülh yoluna sadiqliyini bir daha bildirdim. Azərbaycan-İsveç əməkdaşlığının genişləndirilməsi imkanlarını da müzakirə etdik”, – C.Bayramov qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir