• Ça. Noy 26th, 2024

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışıb

ByYenigun.news

Sen 28, 2022

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

Postmünaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlərin, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir