• Bz. Sen 21st, 2025

Ceyhun Bayramov Mövlud Çavuşoğluna gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıb – FOTO

ByYenigun.news

İyn 4, 2023


Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib.

C.Bayramov “Twitter” hesabında qeyd edib:

“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.