Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə platformasında məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rumıniya xarici işlər naziri və digər rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
5 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb. pic.twitter.com/aX3ROfde27
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 5, 2023