• C. Noy 29th, 2024

Ceyhun Bayramov: “Seçki” adlı təxribat erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı zərbədir”

ByYenigun.news

Sen 13, 2023


“Ermənistanın ərazilərimizin işğalı nəticəsində yaratdığı qondarma rejimin 9 sentyabr tarixində “seçki” adı altında təxribatları erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı növbəti zərbədir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) xarici media üçün brifinqdə deyib.

Nazir ölkəmizin konstruktiv mövqeyi və addımlarının qarşılığında Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlar törətməsinin, öhdəliklərinə zidd olaraq suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı davranış sərgiləməsinin, mina təhdidini davam etdirməsinin, əsassız iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparılmasının müşahidə olunduğunu qeyd edib.

Habelə, Ermənistanın baş nazirinin qondarma rejimi 2 sentyabr tarixində təbrik etməsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sübutu olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir