• Ç. Noy 27th, 2024

Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb

ByYenigun.news

Fev 6, 2023

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluya zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralıların tezliklə sağalmasını arzulayıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyini bildirilib.

Nazir Mövlud Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir