• C. Noy 22nd, 2024

Ceyhun Bayramov Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri ilə görüşüb – FOTO

ByYenigun.news

Mar 1, 2024


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti Haluk Görgünlə görüşüb.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

Bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir