• C. Noy 22nd, 2024

Ceyhun Bayramov və Sergey Lavrov Türkiyəyə səfər edəcəklər

ByYenigun.news

May 31, 2022

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcəklər.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsi zamanı söyləyib.

“Gələn həftə – iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək. Gəlmək istədiyini özü dedi. Biz də buyurun gəlin dedik”, – M.Çavuşoğlu qeyd edib. 

Onun sözlərinə görə, Rusiyanın XİN başçısı ilə birgə hərbi heyət də gələcək:

“Təhlükəsiz dəhlizin açılması, gəmilərin girib-çıxması üçün nələr edilməsinin lazım olduğu müzakirə olunacaq”.

Daha sonra o, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da Türkiyəyə səfər edəcəyini açıqlayıb:

“Gələn həftə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov, eyni zamanda Şimali Makedoniya, Rusiya, Almaniya və Niderlandın XİN başçıları da Türkiyəyə səfər edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir