Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun həmsədrliyi ilə ECO-ASEAN-ın 15-ci Birgə Nazirlər Görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.
“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun həmsədrliyi ilə ECO-ASEAN-ın 15-ci Birgə Nazirlər Görüşü keçirilib. Görüşdə İƏT və ASEAN ölkələri ilə əməkdaşlıq üçün prioritetlər müəyyən edilib və Azərbaycanın 2023-cü il İƏT-ə sədrliyimiz çərçivəsində baxış və layihələri təqdim olunub”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
The 15th ECO-ASEAN Joint Ministerial Meeting was held in the margins of #UNGA78 under the co-chairmanship of #Azerbaijan FM @Bayramov_Jeyhun. Priorities for cooperation with ECO & ASEAN countries were laid down & 🇦🇿’s vision&projects w/in our 2023 ECO chairmanship were presented. pic.twitter.com/ZK8ozshXmX
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 22, 2023