• Be. Noy 25th, 2024

Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası keçirilib – FOTO

ByYenigun.news

Apr 28, 2023


Fövqəladə Hallar Nazirliyi tərəfindən Ceyranbatan su anbarının ərazisində “Heydər Əliyev İli” münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib.

FHN-dən verilən xəbərə görə, aksiyada Nazirliyin struktur bölmələrinin əməkdaşları iştirak edib.

Əvvəlcə, tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşıb, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət verib. Ulu öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyevin 100 illiyi münasibətilə 10 000 ağac əkək” aksiyası həyata keçirilir. Bu münasibətlə 10000-dən artıq Eldar şamı və sərv ağacı tingləri yetişdirilib, Ceyranbatan su anbarı ərazisində 20 hektara yaxın müvafiq sahə hazırlanıb.

Yanvar ayının 31-dən başlayaraq, həmin ərazidə mütəmadi olaraq ağac əkilməsinə başlanılıb və bu günə qədər artıq 9 000 ağac əkilib. Bunların da 8 000-i sərv, 1 000-i isə Eldar şamıdır. Aprelin 28-də isə daha 1 000 ağac əkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir