ABŞ Prezidenti Co Bayden kimə işlədiyini bir daha etiraf edib.
Bu barədə o, Asiya-Amerika, Yerli Havay və Sakit Okean Adaları İrs Ayını qeyd etmək üçün bazar ertəsi Ağ Evdə verdiyi ziyafətdə danışıb.
O, bildirib ki, vitse-prezidenti Kamala Harris üçün işləyir.
“Adım Co Baydendir. Mən Kamala Harris üçün işləyirəm. Ondan vitse-prezidentim olmasını xahiş etdim, çünki məndən daha ağıllı birinə ehtiyacım olduğunu bilirdim”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Bayden bu barədə ilk dəfə danışmayıb. Ötən ilin may ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin təltif edildiyi “EMILY’s List” mərasimində – “Dostum Kamalaya da təşəkkür etmək istəyirəm – mən Ağ Evdə onun üçün işləyirəm”, – deyə ağzından qaçırmışdı.
Mənbə: KP.ru