• Be. Noy 25th, 2024

Çöhrəqani illər sonra Azərbaycan televiziyalarına müsahibə verdi – VİDEO

ByYenigun.news

Noy 5, 2022

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqani illər sonra Azərbaycan televiziyalarına müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, hazırda ABŞ-da yaşayan siyasətçi AZTV və İTV-də İrandakı son prosesləri şərh edib. AZTV-nin “Əsas məsələ” verilişinə canlı efirə qoşulan siyasətçi ABŞ Prezidenti Co Baydenin İrandakı proseslərlə bağlı dediyi “iranlılar özləri özlərini azad edəcəklər və biz də prosesə dəstəyimizi göstərəcəyik” fikrinə münasibət bildirib.

M. Çöhrəqani qeyd edib ki, bəlkə də, İranda bizim gözlədiyimizdən tez inqilab ola bilər: ”Biz diqqətli olmalıyıq. Bu rejimi o qədər fəsad bürüyüb ki. Yetər kəlməsini işlətməliyik. 100 illik təhqir, həqarət, istismar yetər. Ən ibtidai haqlarımızdan məhrum olmağımız yetər. Ana öz doğduğu uşağına laylay çaldığı dildə ad qoya bilmir. 70 min erməniyə Tehranda abidə qoydular. 300 min güney azərbaycanlı İran-İraq müharibəsində şəhid oldu. Bu azərbaycanlının nə haqqı var, ey molla rejimi? 35 milyon azərbaycanlı, 43 milyon İran türkünün ana dilinin əlifbasını öyrənməyə haqqı yoxdur, mədəniyyət mərkəzi qurmağa haqqı yoxdur. Buna “yetər” deməliyik və bu rejimin qarşısına nə lazımdı verəcəyik”.

Qeyd edək ki, M. Çöhrəqani 2001-ci ildə İranı tərk edəndən sonra bir neçə ay Azərbaycanda qalıb. Sonradan ABŞ-a köçən siyasi lider Azərbaycanda sonuncu dəfə 2006-cı ilin iyununda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir