• Ca. Noy 28th, 2024

COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb – FOTO

ByYenigun.news

Apr 26, 2024




BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) rəhbər heyəti Almaniyanın paytaxtı Berlində İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib.

Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“XV Petersberq İqlim Dialoqunun ikinci günündə COP29-un rəhbər heyəti Bakıda keçiriləcək tədbirin planlarını müzakirə etmək üçün İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib”, – paylaşımda qeyd edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir