• Ça. Dek 16th, 2025

Corc Dik: “Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayır” – FOTO

Byadmin

Fev 28, 2023

“Azərbaycanın ilk səfiri İsrailə gəlib”.

Bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik öz “Twitter” səhifəsində yazıb.

O, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovun ölkəsinə getməsindən məmnunluğunu bildirib:

“Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayır. Xoş gəlmisiniz, cənab səfir!”

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.