İsrailin Azərbaycandakı səfiri Corc Dik bu həftə Bakıda açılışı olan Kibertəhlükəsizlik Mərkəzində olub.
Diplomat bu barədə özünün “Twitter” səhifəsində xəbər verib.
“Mərkəz İsrail təcrübəsinə malik ən yaxşı mütəxəssislər hazırlayacaq”, – deyə o vurğulayıb.
Xatırladaq ki, martın 28-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib.
Today I visited the Cybersecurity Center which was opened this week in Baku by the Ministry of Digital Dev. in cooperation with Israel’s leading tech institute the Technion. The Center will train specialists with the best Israeli expertise 🇮🇱🇦🇿 pic.twitter.com/QroMzGsHt4
— George Deek (@GeorgeDeek) March 31, 2023