İsrailin Azərbaycandakı səfiri Corc Dik Türkiyənin Bakıdakı səfirliyində keçirilən dəvətə qatılıb.
Oxu.Az xəbər verir ki, bu gün Türkiyənin Bakıdakı səfirliyində Zəfər Bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və siyasilər iştirak ediblər.
Qonaqlar arasında İsarilin Azərbaycandakı səfiri Corc Dik də olub. O Türkiyənin, Ukraynanın Azərbaycandakı səfirləri ilə bir süfrə arxasında oturub.
Qeyd edək ki, bundan öncə İsrail səfiri Türkiyənin keçiridiyi heç bir tədbirdə görülməyib.