Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oxu.Az xəbər verir ki, oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınır.
Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 70 nəfər köçürüləcək.
Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 295 ailənin – 1 135 nəfərin köçü təmin edilib.
Aytac Qasımova