“Onkoloji xəstəliklərlə bağlı həyəcan təbili çalınmalıdır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat İlham Məmmədov deyib.
O bildirib ki, səhiyyə komitəsi olaraq, onkoloji xəstəliklərin müalicəsi üçün hökumətə müraciət edilməlidir.
“Onkoloji xəstələrin sayı artır. Biz hökumət qarşısında məsələ qaldırmalıyıq ki, büdcədən ayrılan vəsait artırılsın. Biz hökumətə SOS siqnalı veririk”, – deyə o əlavə edib.
Aqşin Kərimov