• Ç. Noy 27th, 2024

Deputat: “Kiminsə vəzifəyə gəlməsinə razılaşıb sonra müsabiqə elan edirlər”

ByYenigun.news

İyn 22, 2023


“Son dövrlər banklar, Mərkəzi Bank, hesablaşmalar, dövlət satınalmaları haqqında qanunlarda müsbət məqamlarla yanaşı bir xüsusi məqam da var. Bu, hər şeyin təmərküzləşdirilməsidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

“Bunun hansısa normalar çərçivəsində dünya praktikasında öz əksini tapan dərəcəsini müsbət qiymətləndirirəm, amma o normadan yuxarı olması bizim inkişafımıza çox mənfi təsir göstərəcək. Məsələn, hansısa təşkilata rəhbər gələndə ilk olaraq bütün funksiyaları öz üzərinə götürür. Sonra görür ki, bunların yarısını müavinə vermək lazımdır. Funksiyalar paylaşılandan sonra həmin təşkilatda iş getməyə başlayır. İndi yeni komandalarda hər şeyi mərkəzləşdirmək kimi çox təhlükəli bir tendensiya var. Bilmirəm, göstəriş haradan gəlir, amma Azərbaycanda bu bumeranq effektini verəcək”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda dövlət satınalmaları üzrə bir neçə istiqamətdə stereotiplər formalaşıb:

“Məsələn, bir idarədə kiminsə hansısa vəzifəyə gəlməsinə razılaşırlar, sonra deyilir ki, filan vəzifə barədə müsabiqə elan edilir. “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əlavə işlək mexanizmlər qurulmalıdır ki, bu stereotipləri aradan qaldıraq. İkincisi, məmur sahibkarlığı bu satınalmalarda xeyli dərəcədə mənfi rol oynayır. Bəzən məmurlar öz çətiri altında olan və ya kiminsə idarə etdiyi şirkətin xeyrinə satınalmalara təsir göstərir. Bu qanun layihəsi onların ifşasına gətirib çıxarmasa, satınalma sahəsi bizdə işləməyəcək. Eyni zamanda, satınalmalarda şişirdilmiş qiymətlərin olması bütün dünyada var. Amma Azərbaycanda bu, bir az da insafsız formadadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir