• Ca. Okt 31st, 2024

Deputat: “Səfirliyə hücum Azərbaycanın müstəqilliyinə qarşı edilən cinayət və qəsd hadisəsidir”

ByYenigun.news

Yan 27, 2023

“Artıq cinayət baş verib və onun başvermə səbəbləri hərtərəfli formada araşdırılmalıdır”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Arzu Nağıyev deyib.

Deputat hesab edir ki, Tehrandakı hadisənin araşdırılmasına bir neçə versiya üzərində dayanılmalıdır:

“Birincisi, bu hadisə birmənalı şəkildə Azərbaycanın müstəqilliyinə qarşı edilən cinayət və qəsd hadisəsidir. Ona görə də istər İranın siyasi rəhbərliyi, istərsə xüsusi xidmət orqanları, istərsə də digər hüquq-mühafizə orqanları məsələni ciddi araşdırıb, ortaya qanedici səviyyədə iş qoyulmalıdır. Çünki bu olmadığı təqdirdə, bunun hansı nəticələrə gətirib çıxaracağı bəllidir. 

İkincisi, hansısa qüvvələr bu cinayəti törətməklə İran-Azərbaycan arasında yaranmış gərgin münasibətlərdən istifadə edib, bu gərginliyi pik həddə çatdırmaq üçün istifadə edə bilər. Bu yolla iki ölkə arasında münasibətlərin normallaşmasının qarşısını almaq və ziddiyyətlərin daha da gərginləşməsinə nail olmağa çalışa bilərlər. Çünki hadisə zamanı qətl hadisəsi baş verib və yaralılar var. Odur ki, məsələ ciddi araşdırılıb buna qiymət verilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir