• C. Dek 26th, 2025

Deputat televiziya aparıcılarını tənqid etdi

Byadmin

Apr 14, 2023


“Televiziya bir vaxtlar cəmiyyətin inkişafında necə rol oynayıbsa, bu gün əksinə, cəmiyyətin parçalanmasında müəyyən rol oynayır.

APA xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

“Televiziyalarda şou-proqramlar, xüsusi aparıcıların bəzi xüsusi verilişləri çox ciddi narahatlıqlar doğurur”, – deyə o əlavə edib.