• Be. Noy 25th, 2024

Deputat Vardanyanın Xankəndiyə gəlişi BARƏDƏ: “Azərbaycan lazımi cavab addımları atacaq”

ByYenigun.news

Noy 5, 2022

“Ruben Vardanyan kimi insanlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərinə aparılırlar. Onun əli ilə Azərbaycan-Ermənistan sülh gündəliyinə maneə yaratmaq istəyirlər”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.

O bildirib ki, Azərbaycan prosesləri çox diqqətlə izləyir.

“Zamanı gələndə digər məsələlər də öz həllini tapacaq, Azərbaycan lazımi cavab addımları atacaq. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, o zaman yaranacaq vəziyyətə görə məsuliyyət İrəvanın üzərinə düşəcək”, – deyə o əlavə edib.

Azay Quliyev Ermənistanın təxribatlarına baxmayaraq, Cənubi Qafqaza sülh gələcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, rusiyalı milyarder Ruben Vardanyan bir müddət öncə Xankəndiyə gəlib. Vardanyan orada siyasi fəaliyyətlə məşğuldur.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir