• Be. Noy 25th, 2024

Deputatdan kredit borclarının silinməsilə bağlı TƏKLİF

ByYenigun.news

Apr 26, 2022

“Bank borcları, faizləri bu gün əsas problemdir. Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin”.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir:

“Camaat qazandığının hamısını borca verir. Biz Mərkəzi Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, biz kredit faizlərinə 5-6% limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir