Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.
O bu barədə “Twitter” hesabında yazıb.
“Qardaş ölkə Azərbaycanın 1990-cı il yanvarın 20-də alovlandırdığı istiqlal atəşi bu gün Füzulidən Şuşaya qədər uzanan “Qələbə yolu”nu işıqlandırmağa davam edir. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizi rəhmətlə yad edirəm”, – deyə o paylaşımında qeyd edib.
Kardeş ülke Azerbaycan’ın 20 Ocak 1990’da yaktığı bağımsızlık ateşi, bugün Fuzuli’den Şuşa’ya uzanan “Zafer Yolu”nu aydınlatmaya devam ediyor.
Azerbaycan’ın bağımsızlığı için canlarını feda eden şehitlerimizi rahmet ve minnetle anıyorum.#20Yanvar#ÜmumxalqHüznGünü pic.twitter.com/2SfccQlvUR
— Derya Yanık (@deryayanikashb) January 20, 2023