• Ça. Noy 26th, 2024

DİN: “Qarabağda vəziyyətin dekriminallaşması ilə bağlı ciddi işlər aparılır”

ByYenigun.news

Okt 2, 2023


“Qarabağ iqtisadi rayonunun bütün bölgələrində, küçələrdə, kəndlərdə vəziyyətin dekriminallaşması ilə bağlı ciddi şəkildə iş aparılır”.

“Report”un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birgə bu işin təşkili və aparılması diqqət mərkəzindədir:

“Yalnız narkotik vasitələr yox, sürpiz mina hallarına qarşı da ciddi şəkildə işlər həyata keçirilir. Dünən də bir neçə rayonda, körpülərdə, su hövzələrində və insanların hərəkət edə biləcəyi ehtimal olunan yerlərdə mina təhlükəsinin olduğu müəyyənləşib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir