“Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi müstəvisinə inteqrasiyası üçün hüquq və təhlükəsizliyinə möhkəm təminat verilməklə, mərhələli yol xəritəsi hazırlanmalıdır”.
“Report”un məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin həllində də aparıcı rol oynayır və regiondakı böhranlı vəziyyətin tezliklə həllində maraqlıdır.
Diplomat bildirib ki, Qarabağın Azərbaycan ərazisinin bir hissəsi olması Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə rəsmi İrəvan tərəfindən etiraf edilib.
“Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi müstəvisinə inteqrasiyası üçün hüquq və təhlükəsizliyinə möhkəm təminat verilməklə, mərhələli yol xəritəsi hazırlanmalıdır.
Moskvanın səyləri İrəvanla Bakı arasında bütün istiqamətlərdə münasibətlərin tezliklə normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına, sərhədlərin delimitasiyasına və iki ölkə arasında kommunikasiyaların açılmasına yönəlib”.