• Ç. Noy 27th, 2024

Dövlət Departamenti ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib – VİDEO

ByYenigun.news

Noy 11, 2022

Dövlət Departamenti ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

Ned Prays jurnalistin İranın Azərbaycana qarşı artan təhdidedici bəyanatları, həmçinin İranın bu ölkəyə qarşı belə ritorikanı davam etdirəcəyi təqdirdə Vaşinqtonun Bakını müdafiə edə bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandırıb:

“Onun (dövlət katibi Entoni Blinken – red.) azərbaycanlı həmkarını (xarici işlər naziri Ceyhun Bayramov – red.) bu həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir