“Məişət zorakılığı, istismar, erkən nikah, təhsildən yayınma, məcburi əməyə cəlbetmə və s. bu kimi hallar insan hüquqlarını pozur”.
“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar” mövzusunda keçirilən konfransda deyib.
Qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti və media nümayəndələrinin də iştirak etdikləri tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri söyləyib ki, bunların aradan qaldırılması istiqamətində birgə çalışmaq lazımdır.
O, bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
B.Muradova bildirib ki, vətəndaş cəmiyyətinin nümayəndələri də bu məsələdə aktiv iştirak etməlidirlər.