• C. Noy 29th, 2024

Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı keçirilir

ByYenigun.news

Fev 2, 2024


Bu gün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı keçirilir. 

Oxu.Az xəbər verir ki, tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin təcrübə mübadiləsinə cəlb edilməsi və qurumlararası kommunikasiyanın gücləndirilməsi məqsədilə mütəmadi şəkildə XRİTDX tərəfindən təşkil edilir. 

Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı Elmir Vəlizadə də iştirak edib. Zirvə Toplantısını giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İsmayılov iştirakçıları salamlayıb. 

O, ulu öndər, ümummilli lider Heydər Əliyevin 1997-ci ilin 2 fevral tarixində imzaladığı Fərmanı diqqətə çatdıraraq Zirvə Toplantısında iştirak edən gəncləri Gənclər Günü münasibətilə təbrik edib. 

A.İsmayılov çıxışında bu Zirvə Toplantısının dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə də kritik infrastrukturlarının təhlükəsizliyi məsələlərinin müzakirəsinə, eləcə də cari ilin 7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkisi dövründə dövlət informasiya sistemlərinin və ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunmasını vurğulayıb.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir