DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi antikorrupsiya əməliyyatında saxlanıldığı və sonradan sərbəst buraxıldığı iddia olunan nazir müavini Elnur Əliyev Gununsesi.info-ya qısa açıqlama verib.
Telefonla verdiyi açıqlamasında Elnur Əliyev: “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”, – deyə bildirib.
Qeyd edək ki, Elnur Əliyev noyabrın 3-də Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.