• Ç. Noy 27th, 2024

Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək: Müzakirə ediləcək məsələlər AÇIQLANDI

ByYenigun.news

Apr 21, 2022

Sabah Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır.

“Report” xəbər verir ki, Zəfər Qurultayı aprelin 22-23-də keçiriləcək.

Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

Zəfər Qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun sözlərinə görə, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir:

“Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Dünya azərbaycanlılarının mötəbər tədbirinin tarixi zəfərimizin rəmzi olan Şuşada keçirilməsi çox böyük siyasi əhəmiyyətə malik olan əlamətdar tarixi hadisə, unudulmayacaq böyük bayramdır. Ona görə də biz bu qurultayı Zəfər Qurultayı adlandırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir