Sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Global Media Group”un media-direktoru, jurnalist Həmid Həmidova eksklüziv müsahibəsi zamanı səfərlərindən birində finlandiyalı jurnalist tərəfindən ona ünvanlanmış sualdan danışıb.
“Finlandiyada jurnalist məndən təkidlə soruşdu ki, əgər siz Azərbaycanın Xarici İşlər naziri olmasaydınız, haranın XİN rəhbəri olmaq istərdiniz? Mən cavab verdim ki, bunun fərqi yoxdur, təki ada olsun. “Niyə ada olsun?” deyə mənə cavab verdi. Mən isə orada qonşuların olmadığını bildirdim”, – deyə E.Məmmədyarov qeyd edib.